İranlı deputat: “İnsanlar ayaqlarının altındakı xalçanı satsınlar?”
“Təqaüdçü və işləyən insanların maaşlarının 18 və ya 20% artırılması inflyasiya faizi ilə heç də uyğun gəlmir və insanların bu 30%-lik kəsiri necə kompensasiya edəcəyinin izahı verilsə yaxşı olar. İnsanlar ayaqlarının altındakı xalçanı satsınlar?”, - Qulamrza Nuri deyib.
Deputat büdcənin real vəziyyətlə heç bir mütənasibliyi olmadığını vurğulayıb. Mövcud inflyasiya və insanların dolanışıq problemlərindən ciddi təzyiq altında olduğu nəzərə alınsa, vergilərin və əlavə dəyər vergisinin (ƏDV) daim artırmılması xalqı təzyiq altında saxlamaqdan başqa bir şey deyil.
AzVision.az
Teqlər: İran inflyasiya