Hindistan Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi

   Hindistan Cammu və Kəşmirin xüsusi statusunu ləğv etdi
  11 Dekabr 2023    Oxunub:918
Hindistan parlamentinin 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarı ölkə konstitusiyasına uyğun həyata keçirilib.
Bunu Hindistan Ali Məhkəməsinin sədri Dhanancayya Yeşvant Çandraçud deyib. Ali məhkəmə, həmçinin konstitusiyanın Cammu və Kəşmirə xüsusi status verən maddəsinin müvəqqəti xarakter daşıdığı ilə bağlı arqumentləri doğru hesab edib.

Qeyd edək ki, 2019-cu ildə Cammu və Kəşmirin muxtariyyətinin ləğvi Pakistanla Hindistan arasında münasibətlərinin gərginləşməsinə səbəb olub. Ali Məhkəmənin qərarı elan edildikdən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti