İranın dəstəklədiyi husilər: “İsrailə gedən bütün gəmiləri hədəfə alacağıq”

   İranın dəstəklədiyi husilər:    “İsrailə gedən bütün gəmiləri hədəfə alacağıq”
  11 Dekabr 2023    Oxunub:986
İran hökumətinin dəstəklədiyi Yəmən husiləri hansı ölkəni təmsil etməsindən asılı olmayaraq İsrailə gedən  istənilən gəmini hədəf alacaqları ilə hədələyiblər.
AzVision.az “Reuters” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Husi qruplaşması İsrail limanlarına gedən bütün gəmilərin Qırmızı dəniz və Ərəbistan dənizindən keçməsinin qadağan olunduğunu bildirib.

Husilərin bu təhdidindən bir neçə gün öncə SEPAH-ın baş komandanın müavini Əli Fədəvi İsrail bayrağı altında üzən gəmilərin mütləq vurulacağı ilə hədələmişdi.
AzVision.az


Teqlər: husilər   İsrail  





Xəbər lenti