MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

   MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
  11 Dekabr 2023    Oxunub:916
2024-cü ilin aprelində Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi planlaşdırılır. Bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.
Dekabrın 13-də Minskdə keçiriləcək görüşdə MDB Xarici İşlər Nazirləri Şurasının 2024-cü ilin aprelində Minskdə keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təklifləri müzakirə ediləcək.

MDB Xarici İşlər Nazirləri Şurasının əvvəlki iclası oktyabrın 12-də Bişkekdə baş tutub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti