Güneyli siyasi məhbusa Nobel Sülh Mükafatı təqdim olundu - VİDEO

   Güneyli siyasi məhbusa Nobel Sülh Mükafatı təqdim olundu -    VİDEO
  11 Dekabr 2023    Oxunub:990

Dünən Norveçdə Güney azərbəycanlı hüquq müdafiəçisi və siyasi məhbus Nərgiz Məhəmmədiyə Nobel Sülh Mükafatı təqdim edilib.

AzVision.az xəbər verir ki, Tehranın Evin zindanında həbsdə saxlanılan Nərgiz Məhəmmədi mükafatlandırma mərasiminə qatıla bilmədiyi üçün mükafatı onun övladları Kiana və Əli Rəhmani alıblar.

Qeyd edək ki, insan haqlarının və qadınların hüquqlarının təminatı üçün İrandakı mürtəce rejimlə sərt mübarizə aparan Nərgiz Məhəmmədi bu il oktyabrın 6-da Nobel Sülh Mükafatına layiq görülüb.

AzVision.az


Teqlər: Məhəmmədi   Nobel  





Xəbər lenti