İranlı avtomobil istehsalçısı Rusiyanı tərk edə bilər
Beləliklə, bu avtomobillər Rusiyada gəlir gətirmədiyi və rəqabət baxımından heç bir şansı olmadığı bildirilib. Keyfiyyət və müasirlik baxımından onları başqa ölkələrin avtomobilləri ilə müqayisə etmək olmaz.
Bundan əvvəl “Best Motors” İranın istehsal etdiyi “Saipa Şahin” və “Saipa Quik” avtomobillərinin gələn ilin martında Rusiyaya gətiriləcəyini və onların qiymətinin 1-1,7 milyon rubl olacağını bilirmişdi. Lakin İranda istehsal xərclərinin artması səbəbindən bu qiymətə satış mümkün olmayıb. Rusiyada satış şəbəkəsinin yaradılması üçün də böyük kapital qoyuluşları tələb olunurdu. Bu səbəblər avtomobillərin Rusiyada satışını əngəlləyib.
İranın digər avtomobil istehsalçısı olan “İran Khodro” isə son 9 ayda Rusiyada cəmi 100 avtomobil sata bilib.
Bu faktlar İranın avtomobil istehsalçılarının Rusiya bazarına girməsi cəhdinin iflasa uğradığını göstərir.
AzVision.az