Əli Səqqiyan: “Bakı üstün mövqedədir”

      Əli Səqqiyan:    “Bakı üstün mövqedədir”
  11 Dekabr 2023    Oxunub:1285
Ermənistan və Azərbaycan arasında sülh danışıqları və razılığın əldə edilməsi hələ də Cənubi Qafqazda həllini tapmamış məsələlərdən biri olaraq qalır və bu prosesin ilin sonuna qədər başa çatması çətin görünür.

AzVision.az xəbər verir ki, İranın “İSNA” agentliyinin yazdığına görə, Ermənistanda qeyri-sabit vəziyyət və bu ölkənin daxili şəraiti, digər tərəfdən Azərbaycanın mövqeyi, onun yazılı və bəzən elan edilməmiş şərtləri ölkəsinin sülh sazişi müstəvisində onların bir araya gəlməsini çətinləşdirib. Habelə, 2023-cü ilin sonuna qədər bu razılaşmaya nail olmaq üçün verilən bəyanatlara baxmayaraq, hələ də aydın bir mənzərə təsəvvür etmək mümkün deyil.

“Qarabağın Azərbaycana qayıtmasından sonra eniş-yoxuşları müşahidə etsək, görərik ki, İrəvan hərbi məsələlərdə ABŞ və Fransa ilə əlaqələrə meyllidir. Digər tərəfdən, 2020-ci il müharibəsi və Azərbaycanın Qarabağı geri almasından sonra Bakı üstün mövqedədir”, - İranın Ermənistandakı keçmiş səfiri Seyid Əli Səqqiyan “İSNA”-ya müsahibəsində deyib:

Keçmiş səfirin sözlərinə görə, əslində Əliyev öz istədiyi şərtləri tələb və qəbul etdirməyə çalışır. Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyan da o qədər də güclü mövqedə deyil və Rusiyanın xoşuna gəlməsə belə, prosesləri regiondankənar ölkələr vasitəsilə reallaşdırmağa məcburdur.
AzVision.az


Teqlər:





Xəbər lenti