Bakı İrəvanla hərbçilərin qarşılıqlı surətdə azad edilməsi razılığına gəlib |
Onun sözlərinə görə, davamlı sülhə nail olmaq regional oyunçular arasında etimad mühitinin gücləndirilməsini tələb edir. Tehran bu tədbirlərin iki tərəf arasında sülh və sabitliyə gətirib çıxaracağına ümid edir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Şahanə Rəhimli
AzVision.az