2024-cü il üçün Rusiya-Ukrayna müharibəsinin gedişatı proqnozlaşdırılıb

   2024-cü il üçün Rusiya-Ukrayna müharibəsinin gedişatı proqnozlaşdırılıb
  11 Dekabr 2023    Oxunub:1159
Rusiya və Ukrayna arasında müharibə hazırkı geniş parametrləri çərçivəsində 2024-cü ildə davam edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Fitch Ratings" agentliyi məlumat yayıb.

“Bizim fikrimizcə, Ukrayna hələ də güclü qətiyyət göstərir və Qərbin hərbi dəstəyi ilə dəstəklənən bəzi strateji hərbi üstünlüyə malikdir. Lakin onun əks-hücumları indiyədək məhdud nəticələr verib və bizim mərkəzi ssenarimizə əsasən, üstünlük məqsədlərinə qəti şəkildə nail olmaq üçün kifayət deyil”.

Agentliyin analitikləri həmçinin müharibənin danışıqlar yolu ilə sona çatmasına gətirib çıxara biləcək siyasi cəhətdən mümkün güzəştlərin olmadığına inanırlar. Bu da potensial olaraq çox uzanan münaqişəyə gətirib çıxara bilər.

“Daha uzunmüddətli perspektivdə biz hansısa həll formasını gözləyirik. Lakin hesab edirik ki, ən azəmdam dondurulmuş müqanişə sülh sazişindən daha çox ehtimal edilir".

AzVision.az


Teqlər:





Xəbər lenti