ABŞ-ın Suriyadakı bazasında bir neçə partlayış baş verib

   ABŞ-ın Suriyadakı bazasında bir neçə partlayış baş verib
  11 Dekabr 2023    Oxunub:902
Suriyanın şimal-şərqində Amerikanın Əl-Şəddadi bazasının ərazisində bir neçə partlayış baş verib. Bu barədə “Al-Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məlumatına görə, partlayışlar böyük ehtimalla silahlı qrupların raket hücumları nəticəsində baş verib.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, ABŞ-ın İraq və Suriyadakı obyektlərinə hücumların sayı 78-ə çatıb, 66 hərbçi yaralanıb.

Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin əvvəlindən İraq və Suriyadakı Amerika qoşunları Vaşinqtonun hesab etdiyi kimi, iranpərəst qruplara aid olan raket və pilotsuz təyyarələrlə demək olar ki, müntəzəm olaraq hücuma məruz qalıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti