Paris Olimpiya Oyunlarını bahalıqla qarşılayır

Paris Olimpiya Oyunlarını bahalıqla qarşılayır
  11 Dekabr 2023    Oxunub:887
Gələn yay Parisə Olimpiya Oyunlarını izləməyə gələn ziyarətçilər böyük xərclərlə qarşılaşacaq.
Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvrda 2024-cü ilin yanvarından giriş üçün ödənişin 17 avrodan 22 avroyadək (23,7 dollar) artırılacağı barədə rəsmi bəyan ediblər. Bu, 2017-ci ildən bəri qiymətlərin birinci artımıdır. Administrasiya bu qərarı onunla əlaqələndirib ki, daha yüksək tarif muzeyə elektrik enerjisinə artan xərclərin öhdəsindən gəlməkdə, yaşı 18-dək ziyarətçilər, eləcə də müəllimlər və jurnalistlər kimi müəyyən insanların muzeyə ödənişsiz giriş xərclərini qarşılamaqda kömək olacaq.

Gələn il iyulun 26-da start götürəcək Olimpiya Oyunları zamanı Paris metrosuna biletlərin qiyməti təqribən iki dəfə artacaq.

Bundan başqa, gələn yay Parisə üz tutacaq turistlər otel qiymətlərinin kəskin artımı və turist apartamentlərinin kirayəsinə dair tədbirlərin sərtləşdirilməsi ilə yanaşı, yerləşdirmə ilə bağlı ciddi problemlərlə də qarşılaşacaqlar.

Paris turizm bürosunun hesabatına əsasən, otellərin qiymətləri 2023-cü və 2024-cü il yay mövsümləri dövründə 300 faiz artacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti