Belçika Azərbaycanla Ermənistan arasında sülh səylərini dəstəkləyir

   Belçika Azərbaycanla Ermənistan arasında sülh səylərini dəstəkləyir
  11 Dekabr 2023    Oxunub:994
"Azərbaycanlı həmkarımla danışmaqdan məmnunam. Belçika Ermənistanla sülh və hərtərəfli nizamlanma səylərini qətiyyətlə dəstəkləyir, regionda sabitliyə töhfə verir".
Bu fikirləri Belçikanın xarici işlər naziri Hadija Labib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü barədə "X" hesabındakı paylaşımında bildirib.

Görüşdə, həmçinin Aİ-Azərbaycan münasibətləri və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti