Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı qətnaməyə səs verəcək

Nümayəndələr Palatası Baydenin impiçmenti ilə bağlı qətnaməyə səs verəcək
  12 Dekabr 2023    Oxunub:902
Dekabrın 13-də ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ prezidenti Co Baydenin impiçmenti üçün əlavə araşdırmaya icazə verən qətnaməyə səs verəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyinə ABŞ qanunverici orqanının aşağı palatasındakı Respublikaçılar Partiyasının nümayəndəsi bildirib.

Beləliklə, o, qanunverici Liza Makkleynin səsvermənin dekabrın 14-də keçiriləcəyi ilə bağlı bəyanatını təkzib edib. Səsvermə ərəfəsində qətnamə Nümayəndələr Palatasının Qaydalar Komitəsində nəzərdən keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti