"HƏMAS terrorçuları kütləvi şəkildə təslim olur" - Qalant

   "HƏMAS terrorçuları kütləvi şəkildə təslim olur" -    Qalant
  12 Dekabr 2023    Oxunub:1268
HƏMAS terrorçuları, 7 oktyabr hücumlarında iştirak edənlər də daxil olmaqla, kütləvi şəkildə təslim olur, İsrail qüvvələri isə Qəzza zolağında islamçıların Cəbəliyyə və Şecayyadakı son qalıqlarını təmizləyir.
AzVision.az "Yedioth Ahronoth" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant radikal HƏMAS qruplaşmasının yaraqlılarının kütləvi təslim olmasını açıqlayarkən deyib.

"Radikallar məhv olmağa yaxındır. Təslim olanların sayı vəziyyət haqqında çox şey deyir. Sığınacaqlardan çıxaraq silah və qida çatışmazlığını etiraf edirlər", - Qalant deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti