Mirzoyan: “Birgə açıqlama regionda sülhə nail olmaq üçün növbəti addımdır”

      Mirzoyan:    “Birgə açıqlama regionda sülhə nail olmaq üçün növbəti addımdır”
  12 Dekabr 2023    Oxunub:896
Ermənistan və Azərbaycanın əsirlərin mübadiləsinə dair birgə bəyanatı və Ermənistanın COP29 forumu ilə bağlı razılaşması İrəvanın regionda sülhə nail olmaq əzminin növbəti təzahürü idi.
AzVision.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Brüsseldə “Şərq Tərəfdaşlığı” ölkələri nazirlərinin görüşündə çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin qarşılıqlı tanınması, həmçinin regional kommunikasiyaların açılması prinsipləri əsasında regionda sabit və uzunmüddətli sülhü təmin etmək üçün siyasi iradəsi var.

AzVision.az


Teqlər:





Xəbər lenti