Fələstin prezidentinin Rusiyaya səfərinin yeni tarixi təyin ediləcək

Fələstin prezidentinin Rusiyaya səfərinin yeni tarixi təyin ediləcək
  12 Dekabr 2023    Oxunub:891
Fələstin və Rusiya prezident Mahmud Abbasın Moskvaya səfəri üçün yeni tarix seçmək barədə razılığa gəliblər.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl məlumat verib.

“Mahmud Abbas Moskvaya səfərə həmişə şaddır. Ancaq vəziyyətə görə biz - Rusiya və Fələstin bu səfər üçün yeni tarixlər təyin etmək barədə razılığa gəldik”, - diplomat söyləyib.

O xatırladıb ki, bu ilin payızında M.Abbasın Rusiyaya səfəri planlaşdırılmışdı. Ancaq bu ziyarət qeyri-müəyyən müddətə təxirə salınıb. Noyabrın 27-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, M.Abbasın səfəri hələ razılaşdırılmayıb. Ancaq təmaslar davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti