İran prezidentinin həbsi tələb edilib

   İran prezidentinin həbsi tələb edilib
  12 Dekabr 2023    Oxunub:1068
Cenevrəyə səfəri ərəfəsində İsveçrədə İran prezidenti İbrahim Rəisiyə qarşı hüquqi şikayət verilib.
AzVision.az “Agence France-Presse” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, İbrahim Rəisinin İsveçrəyə səfəri zamanı “soyqırım, işgəncə, qanunsuz edamlar, insanlığa qarşı cinayətlər”də ittiham olunaraq həbs edilməsi tələbi qoyulub.

Qeyd edək ki, bu ittihamlar İran hakimiyyətinin ötən il ölkədə yaşanan kütləvi etirazlar dalğasını qan içində boğmasına və son vaxtlar repressiya siyasətini daha da sərtləşdirməsinə əsaslanır.
AzVision.az


Teqlər: Rəisi   həbs  





Xəbər lenti