Döyülən futbol hakimi karyerasını başa vurur

   Döyülən futbol hakimi karyerasını başa vurur
  12 Dekabr 2023    Oxunub:1271
Türkiyəli referi Halil Umut Meler ölkə çempionatının 15-ci turu çərçivəsində keçirilən "Ankaragücü" - "Rizespor" matçında baş verən yumruqla vurulma hadisəsindən sonra karyerasını başa vuracağını açıqlayıb. Bu barədə “A Spor” məlumat yayıb.
Nəşrin yazdığına görə, Mehler xəstəxanada onu ziyarət edən idman rəsmilərinə karyerasını başa vurduğunu elan edərək "Mənim üçün kifayətdir" deyib.
“Nə etdiyimi xatırlamıram” - Hakimi vuran klub prezidenti


Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Hadisə ilə bağlı Faruk Koca da daxil olmaqla 3 nəfər ictimai vəzifəsini yerinə yetirən dövlət məmuruna xəsarət yetirdiyinə görə həbs edilib.

Xatırladaq ki, görüş 1:1 hesabı ilə başa çatıb. "Rizəspor" əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizəspor”a heç-heçə gətirən qolu Adolfo Qayiç vurub.

Türkiyə çempionatının turnir cədvəlində "Ankaragücü" 18 xalla 11-ci yerdədir. “Rizəspor” 22 xalla səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlində “Fənərbaxça” liderdir. İstanbul komandasının aktivində 40 xal var. Əlavə göstəricilərə görə “Fənərbaxça” “Qalatasaray”dan geri qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti