“Nə etdiyimi xatırlamıram” - Hakimi vuran klub prezidenti

   “Nə etdiyimi xatırlamıram” -    Hakimi vuran klub prezidenti
  12 Dekabr 2023    Oxunub:975
Türkiyə Superliqasının 15-ci turunda keçirilən “Ankaragücü” - “Rizespor” matçında oyunu idarə edən hakimə yumruq zərbəsi endirən “Ankaragücü”nün prezidenti Faruk Koca qısa açıqlama verib.
O bildirib ki, həmin dəqiqələrdə əsəbi olub və özünü ələ ala bilməyib:
Türkiyədə bütün futbol oyunları təxirə salındı


"Gözüm qaraldı. Nə etdiyimi xatırlamıram”.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Xatırladaq ki, görüş 1:1 hesabı ilə başa çatıb. "Rizəspor" əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizəspor”a heç-heçə gətirən qolu Adolfo Qayiç vurub.

Türkiyə çempionatının turnir cədvəlində "Ankaragücü" 18 xalla 11-ci yerdədir. “Rizəspor” 22 xalla səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlində “Fənərbaxça” liderdir. İstanbul komandasının aktivində 40 xal var. Əlavə göstəricilərə görə “Fənərbaxça” “Qalatasaray”dan geri qalır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti