Türkiyədə bütün futbol oyunları təxirə salındı

   Türkiyədə bütün futbol oyunları təxirə salındı
  12 Dekabr 2023    Oxunub:1022
Türkiyə Futbol Federasiyası hakim döyülməsi insidentinə görə ölkədəki bütün liqalarda keçiriləcək oyunları təxirə salıb. Bu barədə qurumun rəhbəri Mehmet Büyükeksi məlumat verib.
“Türkiyə Futbol Federasiyası təcili toplantı keçirib. Bütün liqalardakı oyunları qeyri-müəyyən müddətə təxirə salmışıq. Bu hücum türk futbolu üçün utanc gecəsidir. İnanırıq ki, Türkiyə futbolu buna layiq deyil. Biz deyirik ki, bəsdir”, – Büyükeksi bildirib.
Ərdoğan matçdan sonra hakimi döyən klub rəhbərini qınadı


Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının hesabat turunda “Ankaragücü” - “Rizespor” matçı keçirilib. Final fitindən sonra Ankara təmsilçisinin prezidenti Faruk Koca qarşılaşmanın baş hakimi Halil Umut Melerə yumruq zərbəsi endirib. Zərbə nəticəsində ədalət təmsilçisi yerə yıxılıb və o, gözündən ciddi xəsarət alıb.

Xatırladaq ki, görüş 1:1 hesabı ilə başa çatıb. "Rizəspor" əlavə edilmiş yeddinci dəqiqədə hesabı bərabərləşdirə bilib. “Rizəspor”a heç-heçə gətirən qolu Adolfo Qayiç vurub.

Türkiyə çempionatının turnir cədvəlində "Ankaragücü" 18 xalla 11-ci yerdədir. “Rizəspor” 22 xalla səkkizinci pillədə qərarlaşıb. Turnir cədvəlində “Fənərbaxça” liderdir. İstanbul komandasının aktivində 40 xal var. Əlavə göstəricilərə görə “Fənərbaxça” “Qalatasaray”dan geri qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti