Haniyə: HƏMAS bir neçə il müharibə aparmaq gücündədir - VİDEO

      Haniyə:    HƏMAS bir neçə il müharibə aparmaq gücündədir -    VİDEO
  12 Dekabr 2023    Oxunub:1127
Dünya ictimaiyyəti tərəfləri Qəzza bölgəsində müharibəni dayandırılmağa çağırdığı halda İsrail və HƏMAS hələ də inadkarlıq göstərirlər.
AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Doha Assosiasiyasının iclasında “Əl-Əqsa tufanı” əməliyyatına toxunaraq, bəzi maraqlı məqamlar açıqlayıb.

“HƏMAS milli azadlıq hərəkatıdır və biz onların mübarizəsindən xəbərdarıq. Biz “sionist rejim”lə mübarizəni dəstəkləyirik. İsmayıl Haniyə (HƏMAS-ın Siyasi Bürosunun rəhbəri) mənə bildirdi ki, HƏMAS hələ bir neçə il müharibəni davam etdirmək qabiliyyətinə malikdir”, - Abdullahiyan deyib.

Qeyd edək ki, Abdullahiyan İsmayıl Haniyə ilə noyabrın 23-də məhz Dohada görüşüb.



AzVision.az


Teqlər: Abdullahiyan   Haniyə  





Xəbər lenti