Makkol: “Proksi hücumlarla İran ABŞ-nin qətiyyətini şübhə altına alır”
“İran öz proksi quvvələri vasitəsilə hücumlar təşkil etməklə ABŞ-nin qətiyyətini şübhə altına alır və onların qarşısını almaq üçün güc nümayişi lazımdır. İndiyədək İraq və Suriyada İranın etibarlı silahlı birləşmələri tərəfindən ABŞ hərbi hissələrinə 90-dan çox hücum edilib və əksər hallarda buna cavab verilməyib”, -Makkol deyib.
Respublikaçı Makkolun bu bəyanatı heç də təsadüf deyil. Belə ki, demokrat prezident Co Baydenə qarşı sərt müxalif mövqe tutan respublikaçılar maliyyə və dustaqların mübadiləsi məsələsində İranla sövdələməyə getdiyinə görə Ağ ev administrasiyasını sərt tənqid edirlər.
AzVision.az