Türkiyəli deputat parlamentdə huşunu itirdi - Video
12 Dekabr 2023
Oxunub:1114
Türkiyədə “Saadet” partiyasının Kocaelidən olan millət vəkili Hasan Bitmez Türkiyə Böyük Millət Məclisində davam edən büdcə müzakirələrində çıxış edərkən huşunu itirib.
Bu zaman digər millət vəkilləri kürsüyə yaxınlaşaraq Bitməzə kömək etmək istəyiblər. İlkin tibbi yardımı həkim deputatlar göstərib. Daha sonra Bitmez təcili yardımla xəstəxanaya aparılıb.