Netanyahu: "İsrail Qəzza əməliyyatlarında ABŞ-dan tam dəstək alıb"

      Netanyahu:    "İsrail Qəzza əməliyyatlarında ABŞ-dan tam dəstək alıb"
  12 Dekabr 2023    Oxunub:1152
İsrail hakimiyyəti Qəzza zolağında quru əməliyyatının keçirilməsi və bu mövzuda yəhudi dövlətinə beynəlxalq təzyiqlərin azaldılması məsələsində ABŞ-dakı tərəfdaşlarından tam dəstək alıb.
AzVision.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Mən HƏMAS-ın məhv edilməsi və girovlarımızın qaytarılması üçün Amerika dəstəyini çox yüksək qiymətləndirirəm. ABŞ prezidenti Co Bayden və komandası ilə intensiv ünsiyyətdən sonra biz quru əməliyyatı və müharibəni bitirmək üçün beynəlxalq təzyiqin yumşaldılması üçün tam dəstək aldıq”, - deyə Netanyahu Baş Nazirlik Ofisinin yaydığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, İsrail Oslo razılaşmalarının səhvini təkrar etməyəcək, hərbi əməliyyatın sonunda Qəzza zolağında HƏMAS qrupu hakimiyyətdə olmayacaq.


Teqlər:





Xəbər lenti