Məşhur fransız yazıçısı saxlanılıb

   Məşhur fransız yazıçısı saxlanılıb
  12 Dekabr 2023    Oxunub:1397
Məşhur fransız yazıçısı Frederik Beqbeder saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.

“Beqbeder istintaqın bir hissəsi olaraq dindirilməyə çağırıldı. Bu iş narkotiklə bağlı deyil, hələlik əlavə şərh verməyəcəyəm”, - prokuror bildirib.

Qeyd edək ki, Frederik Beqbeder fransız nasir, publisist, ədəbiyyatşünas, aktyordur. Onun ən məşhur əsərləri arasında “Ağılsız gəncin xatirələri”, “Komadakı bayramlar”, “Məhəbbət üç il yaşayır”, “Romantik eqoist”, “99 frank” kimi romanları qeyd etmək olar.

2009-cu ildə “Fransız romanı” kitabına görə o, Fransanın ən mühüm ədəbi mükafatlarından biri sayılan “Renaudo” mükafatına layiq görülüb.

AzVision.az



Teqlər:





Xəbər lenti