"ABŞ yanvarda Ukraynaya hərbi yardım göndərmək imkanını itirə bilər" - Ağ Ev

   "ABŞ yanvarda Ukraynaya hərbi yardım göndərmək imkanını itirə bilər" -    Ağ Ev
  12 Dekabr 2023    Oxunub:872
Amerika Konqresi əlavə büdcə ayırmalarını təsdiqləməkdən imtina edərsə, ABŞ administrasiyası 2024-cü ilin yanvarından Ukraynaya yeni silah paketləri ötürmək imkanını itirəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonda "The Wall Street Journal"ın təşkil etdiyi forumda deyib.

Onun sözlərinə görə, qanunvericilər ABŞ prezidenti Co Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda Birləşmiş Ştatlar Ukraynaya kritik silah sistemləri göndərmək üçün resurslar toplaya bilməyəcək.
Onun sözlərinə görə, qanunvericilər Prezident Cozef Baydenin tələb etdiyi vəsaitləri təsdiqləməsələr, dekabrın sonunda ABŞ Ukraynaya silah sistemləri göndərmək üçün artıq resurs toplaya bilməyəcək:

"Konqres bundan imtina edərsə, Birləşmiş Ştatlar artıq Ukraynayahava hücumundan müdafiə sistemləri göndərə bilməyəcək və onların Patriot havadan müdafiə sistemləri və digər sistemlər üçün sursat ehtiyatları azalmağa başlayacaq. Və zaman keçdikcə onların döyüş meydanındakı hərbi potensialını daha da pisləşdirəcək”, - deyə Sallivan qeyd edib. O əlavə edib Ukrayna Silahlı Qüvvələri üçün 155 mm-lik artilleriya mərmiləri ilə bağlı vəziyyət oxşardır.

AzVision.az


Teqlər:





Xəbər lenti