Günahsız həbs edilən şəxs 27 ilə görə 50 milyon dollar tələb edib

Günahsız həbs edilən şəxs 27 ilə görə 50 milyon dollar tələb edib
  12 Dekabr 2023    Oxunub:1070
Səhvən 27 il həbsdə qalan amerikalı Tomas Malik Nyu-York hakimiyyətindən 50 milyon dollar təzminat tələb edir.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Nəşr qeyd edib ki, Malik 1995-ci ildə Nyu-York metrosunun əməkdaşını vəhşicəsinə qətlə yetirməkdə təqsirli bilinib. Lakin ötən il məlum olub ki, Malik və həbsə məhkum edilmiş daha iki nəfər yalançı ifadə əsasında mühakimə olunublar.

Hazırda 46 yaşı olan şəxs ona dəyən mənəvi zərərə görə təzminat tələb edir.

Bu işdə haqsız yerə məhkum edilmiş digər iki nəfər - Vincent Ellerbe və James Irons da səlahiyyətlilərdən təzminat tələb edir, lakin onların istədikləri məbləğ açıqlanmır.

AzVision.az


Teqlər:





Xəbər lenti