Rusiya MN Qarabağda sülhməramlının öldüyünü təsdiqləyib

   Rusiya MN Qarabağda sülhməramlının öldüyünü təsdiqləyib
  12 Dekabr 2023    Oxunub:1407
2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenində bildirilib.

"Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib. Xəsarət alan hərbçilər sonrakı müalicə üçün Rusiya sülhməramlı kontingentinin hava nəqliyyatı ilə xəstəxananın tibb müəssisəsinə aparılıb", - Rusiya MN-nin məlumatında qeyd edilib.

Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti