Zelenski Baydenlə görüşmək üçün Ağ Evə gəlib

Zelenski Baydenlə görüşmək üçün Ağ Evə gəlib
  12 Dekabr 2023    Oxunub:1317
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ qanunvericiləri ilə bir sıra görüşlərdən sonra Ağ Evə gəlib və orada Amerika lideri Co Baydenlə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” internet qəzeti məlumat yayıb.

Ukrayna prezidentinin Ağ Evə gəlişinin görüntüləri ABŞ-ın aparıcı televiziya kanalları tərəfindən yayımlanıb. Zelenski Baydenlə görüşə qara rəngli “Chevrolet”də gəlib.

Dekabrın 12-də Zelenski Vaşinqtonda senatorlarla görüşüb və Nümayəndələr Palatasının spikeri Mayk Consonla danışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti