İsrail Qırmızı dənizə dörd korvet göndərib

   İsrail Qırmızı dənizə dörd korvet göndərib
  13 Dekabr 2023    Oxunub:809
İsrail Müdafiə Qüvvələri Qırmızı dənizə dörd yeni korvet göndərib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, Qəzza zolağında qarşıdurmaların eskalasiyası başlayandan İsrail Hərbi Dəniz Qüvvələri quru əməliyyatı zamanı yüzlərlə hədəfi vurub və hərbçilərə dəstək verib.

Mətbuat xidməti dəniz hücum əməliyyatları üzrə ixtisaslaşmış yüzlərlə əməliyyatçıdan ibarət radikal Fələstinin HƏMAS hərəkatının dəniz qüvvələrinin rəhbərlərinin əksəriyyətinin İsrail qüvvələri tərəfindən məhv edildiyini bildirib.

İsrail Hərbi Dəniz Qüvvələri həmçinin yəhudi dövlətinin və sahil zolağının strateji dəniz hədəflərinə hücum etmək üçün nəzərdə tutulmuş bir neçə pilotsuz sualtı qayığın qarşısını ala bilib.

AzVision.az



Teqlər:





Xəbər lenti