Britaniya Ukraynanın NATO-ya daxil olmasına münasibət bildirib

Britaniya Ukraynanın NATO-ya daxil olmasına münasibət bildirib
  13 Dekabr 2023    Oxunub:1075
Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Uimbldondan olan lord Tarik Əhməd Böyük Britaniyanın Lordlar Palatasının üzvü Baronessa Meri Qudinin parlament sorğusuna cavab olaraq bildirib ki, Böyük Britaniya Ukraynanı NATO-ya üzv olmaq istəyini dəstəkləyir.
Britaniya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, 2023-cü ildə Vilnüsdə Alyansın sammiti zamanı NATO üzvləri açıq şəkildə bəyan ediblər ki, Ukraynanın gələcəyi bu təşkilatın sıralarındadır.

"Böyük Britaniya Ukraynaya gələcək üzvlük yolunda, o cümlədən 82 milyon funt sterlinq töhfə verdiyimiz hərtərəfli NATO yardım paketi vasitəsilə dəstək verməyə sadiqdir"-deyə, o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti