Zelenski ABŞ-dan ATACMS raketləri istəyib

 Zelenski ABŞ-dan ATACMS raketləri istəyib
  13 Dekabr 2023    Oxunub:1151
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfəri zamanı uzaq mənzilli ATACMS taktiki ballistik raketlərinin tədarükü tələbini irəli sürüb.
Bu barədə ABŞ Konqresindəki mənbələrə istinadən “Politico” qəzeti yazıb. Belə ki, noyabr ayında bir qrup respublikaçı deputat Kiyevin Krımdakı hədəfləri vura bilməsi üçün Ukraynaya uzun atəş məsafəsinə malik ATACMS raketlərinin tədarük olunmasını tələb edib.

Ukrayna Silahlı Qüvvələri hazırda Rusiya ordusuna qarşı 165 kilometr uçuş məsafəsinə malik və kaset başlığı ilə təchiz edilən ATACMS raketlərindən istifadə edir.

Maksimum 300 kilometrədək hədəfləri vura bilən yer-yer tipli ATACMS (Army Tactical Missile System) taktiki ballistik raketləri Amerikanın “Lockheed Martin” korporasiyası tərəfindən istehsal olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti