Gürcü Almaniyada onlayn tərcüməçilə soyunçuluq etdi

 Gürcü Almaniyada onlayn tərcüməçilə soyunçuluq etdi
  13 Dekabr 2023    Oxunub:781
Almaniyada Gürcüstan vətəndaşı onlayn tərcüməçidən istifadə edərək köşkü soymağa cəhd edib.
Bu barədə Yuxarı Frankoniyanın baş polis idarəsi məlumat yayıb. Qeyd olunub ki, dekabrın 9-da səhər tezdən Koburq şəhərində 33 yaşlı kişi mərkəzi vağzalda mağaza satıcısına yaxınlaşaraq telefonunu çıxarıb. O, onlayn tərcümə xidmətindən istifadə edərək, əlində silah olması ilə hədələyərək qadından pul tələb edib.

Obyektin işçisi ona kassadan müəyyən vəsait verib. Hadisənin şahidlərindən biri polisə məlumat verib. Gürcüstan vətəndaşı müqavimət göstərmədən təslim olub.

AzVision.az


Teqlər:





Xəbər lenti