"Windows"da daha bu element olmayacaq

 "Windows"da daha bu element olmayacaq
  13 Dekabr 2023    Oxunub:1023
Windows 11-in gələcək versiyaları "Masaüstünü göstər" düyməsini silə bilər. Bu barədə Digital Trends xəbər verir.
Portalın jurnalistləri Windows 11-in ən son konstruksiyasını tədqiq edərək müəyyən ediblər ki, “Masaüstünü göstər” düyməsinin yerini süni intellekt ilə işləyən və Copilot xidmətini çağıran düymə tutur.

Müəlliflərin fikrincə, düymə iş masasının aşağı sağ küncündə yerləşirdi - basılanda bütün açıq pəncərələr minimuma endirilirdi. Mütəxəssislər qeyd ediblər ki, əməliyyat sisteminin itirə biləcəyi tanış element Windows-da 2009-cu ildə yaranıb.

Materialda deyilir ki, Windows 11-in ictimai versiyalarında Copilot düyməsi hələ də idarəetmə panelinin mərkəzi hissəsində yerləşir. Lakin əməliyyat sisteminin gələcək quruluşlarında o, “Masaüstünü göstər” funksiyasının yerini tuta bilər. Üstəlik, sistemin beta versiyalarında belə, qeyd olunan düyməni parametrlər vasitəsilə orijinal yerinə qaytarmaq olar.

Oktyabrın sonunda PCWorld nəşrinin jurnalistləri bildiriblər ki, Microsoft Windows şirkəti növbəti versiyada Start düyməsini silə bilər.

Çox güman ki, o, tamamilə süni intellektlə əvəz olunacaq - məsələn, Copilot xidmətini işə salmaq üçün düymə istifadəyə veriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti