Budapeştlə Brüssel arasında 30 milyardlıq gərginlik artır

   Budapeştlə Brüssel arasında 30 milyardlıq gərginlik artır
  13 Dekabr 2023    Oxunub:946
Brüssel dondurulan bütün vəsaitləri blokdan çıxarmağa razılaşarsa, Budapeşt Avrpoa İttifaqının Ukraynaya yeni yardım paketinə qoyduğu vetonu ləğv etməyə hazırdır.
Bu barədə Bloomberg-ə müsahibəsində ölkənin baş nazirinin siyasi direktoru Balazs Orban bildirib. Avropa liderləri bu həftənin sonunda keçiriləcək sammitdə Ukraynanın üzvlük danışıqlarının açılması və 4 illik 50 milyard avroluq yardım paketi ilə bağlı tarixi qərarlar qəbul etməyə hazırlaşırlar, lakin hər iki mövzuda Macarıstan razı salmalı olacaqlar.

"Aİ-nin Macarıstanı maliyyələşdirməsi və Ukraynaya maliyyə ayırması iki ayrı məsələdir. Lakin Aİ Ukraynanın maliyyələşdirilməsinin Aİ-nin düzəliş edilmiş büdcəsindən alınmasında israr etsə, o zaman iki məsələ bir-birinə qarışacaq"-deyə, o bildirib.

Avropa Komissiyası Budapeştin məhkəmə sisteminin müstəqilliyi ilə bağlı narahatlığı aradan qaldırmaq üçün Brüsseldə həyata keçirdiyi məhkəmə islahatlarına görə mükafat olaraq Aİ fondlarından 10 milyard avro ayırmağa hazırlaşır.

Bununla belə, bloklanmış vəsaitlərin qalan hissəsinin - təxminən 11,7 milyard avronun dondurulmuş qalacağı gözlənilir. Paralel olaraq, Budapeşt də Aİ-nin pandemiyaya qarşı bərpa fondundan 10,4 milyard avro qrant və ucuz kredit əldə etməyi gözləyir.

Bununla belə, baş nazirin köməkçisi bildirib ki, Budapeştin vetosunu yalnız Brüssel bütün dondurulmuş pulları - təxminən 30 milyard avronu təhvil verəcəyi təqdirdə ləğv edəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti