İran rejimi bəlucları hədəfə alır - VİDEO

   İran rejimi bəlucları hədəfə alır -    VİDEO
  13 Dekabr 2023    Oxunub:885
Zahidan şəhərində yanacaq daşımaqla ailələrini dolandırmağa çalışan işsiz bəluclar teokratik rejimin qüvvələri tərəfindən atəşə tutulur.

AzVision.az “Azad İran” teleqram-kanalına istinadən xəbər verir ki, mülki forma geyinən hökumət qüvvələri pusquda dayanaraq yanacaq daşıyan bəlucların avtomobillərinə atəş açmaqla onları yandırır.

Keçən il hökumətə bağlı yerli medianın açıqladığı hesabata əsasən, yanacaq daşıyan 168 etnik bəluc İranşəhr-Sərbaz yolunda belə əməliyyatların qurbanı olub.

Hökumət qüvvələri öz hərəkətlərini qaçaqmalçılıqla mübarizə kimi izah etməyə çalışsalar də bəluc hüquq müdafiəçiləri belə əməlləri rejimin məhz bu etnosa qarşı ayrı-seçkilik siyasəti ilə əlaqələndirirlər.

AzVision.az


Teqlər: İran   bəluclar  





Xəbər lenti