Netanyahu: "İran rejimi ilə məşğul olmaq lazımdır"

   Netanyahu:    "İran rejimi ilə məşğul olmaq lazımdır"
  13 Dekabr 2023    Oxunub:894
Əgər İran nüvə silahı əldə etsə, bu, uzunmüddətli perspektivdə İsrail üçün problem olacaq. Bu məsələdə heç bir güzəştə gedə bilmərik.

AzVision.az İsrailin “Ynet” saytına istinadən xəbər verir ki, ölkənin baş naziri Benyamin Netanyahu parlamentin xarici işlər və təhlükəsizlik komissiyasının iclasında belə iddia səsləndirib.

Knesset üzvünün HƏMAS-a qarşı konkret addımın diqqəti Tehrandan yayındırması ilə bağlı sualına cavabında Netanyahu belə yanaşma ilə razılaşmadığını bildirib.

“Mən bu məsələdən diqqəti yayındırmaq istəmirəm. İran rejimi ilə məşğul olmaq lazımdır. HƏMAS-yə qarşı aparılan döyüşlər diqqəti bu problemdən yayındırmır”, - baş nazir deyib.
AzVision.az


Teqlər: Netanyahu   İran  





Xəbər lenti