Bakı MDB missiyasına dəvət göndərdi: Prezident seçkilərini izləyəcəklər

   Bakı MDB missiyasına dəvət göndərdi:    Prezident seçkilərini izləyəcəklər
  13 Dekabr 2023    Oxunub:749
MDB Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərinə, Belarusda isə keçiriləcək parlament seçkilərinə öz müşahidəçilərini göndərməyi planlaşdırır.
Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib. Onun sözlərinə görə, bu günə qədər müşahidəçi missiyasının göndərilməsi üçün yazılı dəvət yalnız Bakıdan alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiyada isə prezident seçkiləri martın 17-nə təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti