Güneyli fəallara İran təcridxanalarında işgəncə verilir

   Güneyli fəallara İran təcridxanalarında işgəncə verilir
  13 Dekabr 2023    Oxunub:882
Təbrizin ETTELAAT İdarəsinin “qeyri-rəsmi” təcridxanalarında saxlanılan və Urmu gölünün qəsdən qurudulmasına etiraz edən azərbaycanlı fəallar işgəncəyə və döyülməyə məruz qalırlar.

AzVision.az xəbər verir ki, Almaniyada yaşayan azərbaycanlı vəkil Sina Yusifi “Amerikanın Səsi”nə müsahibəsində bir neçə gün öncə sərbəst buraxılan həmin məhbuslardan bəzilərinin təcridxanada işgəncələrlə üzləşdiklərini və bədənlərində hələ də işgəncə izlərinin qaldığını bildirib.

“Milli fəallardan Davud Şiriyə kabel və elektroşokla işgəncə verilib və bunun təsirləri onun bədənində görünür, habelə Araz Ebrahimnejada da işgəncə verilib. Hazırda həbsdə olan digər fəallarla bağlı dəqiq məlumat yoxdur. Amma sərbəst buraxılan fəallar bildiriblər ki, Əli Babayi baş nahiyəsindən yaralanıb, Cavad Sudbərin dişi qırılıb və Yürüş Mehrəlibəyli isə hər gün döyülür”, - vəkil deyib.

Sina Yusifi milli fəalların törətmədikləri ittihamları etiraf etməsi üçün işgəncələrə məruz qaldıqlarını vurğulayıb.
AzVision.az



Teqlər: İran   güneylilər  





Xəbər lenti