Hatəmi: İnsanlar hökumətin xarici siyasətinin və anti-qərbçiliyin əleyhinədir

      Hatəmi:    İnsanlar hökumətin xarici siyasətinin və anti-qərbçiliyin əleyhinədir
  13 Dekabr 2023    Oxunub:942
İran hökumətinin anti-qərbçiliyi “baha başa gələn” siyasətdir və xalqın əksəriyyəti hökumətin xarici siyasətindən narazıdır.
AzVision.az xəbər verir ki, İranın keçmiş prezidenti Məhəmməd Hatəmi belə fikir səsləndirib.

“Bu gün elə bir vəziyyətdəyik ki, insanların əksəriyyətinin Amerika ilə münasibətlərdəki gərginliyi azaltmaq istədiyini deyə bilməsək də, ən azı onların hazırkı xarici siyasətdən və baha başa gələn anti-qərbçilikdən narazı olduğunu deyə bilərik. İran rəsmiləri “təkəbbür və müstəmləkəçilik əleyhdarı” olmağı Qərb və Amerika ilə “qarşıdurma” hesab edirlər və bununla bağlı tədbirlər görüblər. İranın regionda problemlər yaratdığını deyənlərinsə əlinə bəhanə verirlər. Bu yanaşma İran hökumətinin xarici siyasət sahəsində xalqın razılığını qazanmasına mane olub”, - Hatəmi deyib.

Tehran son illərdə Yaxın Şərqin müxtəlif ölkələrində, o cümlədən Yəmən, Livan, İraq, Suriya və Qəzza zolağında öz müvəkkil qruplarını yaradaraq, onları pul və hərbi obyektlərlə təmin edir.

İran hakimiyyətinin “müqavimət qrupları” adlandırdığı bu qruplar xüsusilə Amerikanın bölgədəki qüvvələrini və bazalarını hədəfə alır.
AzVision.az


Teqlər: Hatəmi   tənqid  





Xəbər lenti