Rəisi İsveçrəyə səfərini ləğv etdi
Məlumatda bildirilir ki, İbrahim Rəisi BMT-nin Dünya Qaçqınlar forumunda iştirak etmək üçün Cenevrəyə getməli idi. Ancaq həbs oluna biləcəyi riskini nəzərə alaraq, son saatlarda səfərini ləğv edib. Onun yerinə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın İsveçrəyə gedəcəyi gözlənilir.
Qeyd edək ki, İran hökuməti bu barədə hələlik məlumat verməyib.
AzVision.az