"Bakı ilə İrəvan qoşunların sərhəddən çıxarılmasını müzakirə edir" - Mirzoyan

   "Bakı ilə İrəvan qoşunların sərhəddən çıxarılmasını müzakirə edir" -    Mirzoyan
  13 Dekabr 2023    Oxunub:1014
Ermənistan və Azərbaycan qoşunların dövlət sərhədindən çıxarılmasını müzakirə edir. Lakin tərəflər hələlik bir qərara gəlməyiblər.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən qoşunların çıxarılması məsələsi müzakirə olunub və müzakirə olunacağına da ümid edirəm. İnanırıq ki, qoşunların çıxarılması müsbət nəticə verəcək və gərginliyin qarşısını almağa kömək edəcək. Mən deyə bilmərəm ki, yekun razılaşmamız var, lakin bu müzakirə olunan bir ideyadır”, - deyə o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti