Orban Zelenski ilə söhbətin təfərrüatlarını açıqlayıb

Orban Zelenski ilə söhbətin təfərrüatlarını açıqlayıb
  13 Dekabr 2023    Oxunub:957
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimi zamanı Volodimir Zelenski ilə söhbətini görüş adlandırmaq olmaz, çünki onlar sadəcə bir yerdə oturub qısa söhbət aparıblar.
Bu barədə Mandiner portalı məlumat yayıb. “Birlikdə eyvanda oturmuşduq, əgər buna görüş demək olarsa. Bu zaman Argentinanın yeni seçilmiş prezidenti vəzifəsinin icrasına başlayıb, mən bunu danışıqlar vəziyyəti adlandırmazdım”, - Orban bildirib.

Macarıstanın baş naziri vurğulayıb ki, Zelenskinin deməyə sözü var idi və vəziyyətdən istifadə edərək tərəflər “bir neçə söz mübadiləsi aparıblar”.

Orban “Ukrayna rəhbərinə nə isə dedinizmi” sualına cavabında deyib: “Tərbiyəli insandan nəsə soruşanda, cavab verir. Mən cavab verdim”.

AzVision.az


Teqlər:





Xəbər lenti