İsrailin iki hərbçisi Qəzzada həlak olub

İsrailin iki hərbçisi Qəzzada həlak olub
  13 Dekabr 2023    Oxunub:902
İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında ölüb.
AzVision.az bu barədə İsrail KİV-inə istinadən xəbər verir.

Məlumata görə, bunlardan biri "Qolani" briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshak Ben-Basat da olub.

Polkovnik İshak Ben-Basatın İsrail ordusunun Qəzza zolağında həlak olan dördüncü polkovniki olduğu qeyd edilib.

Həlak olan digər hərbçi isə "Qolani" briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Aloni olub.

Bununla, 7 oktyabrdan etibarən həlak olan İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti