Zelenski: Ukraynada partizan hərəkatı başlaya bilər
Respublikaçı senator Ron Consonun sözlərinə görə, Ukrayna prezidenti resurs çatışmazlığı səbəbindən Kiyevin işğalçı qüvvələrə qarşı üsyançılardan istifadə edərək qeyri-ənənəvi taktikaya keçmək məcburiyyətində qalacağına eyham vurub. Conson bunu ABŞ-nin Əfqanıstan və İraqda müdaxiləsi zamanı həmin ölkələrəd baş verənlərlə müqayisə edib.
ABŞ Konqresinin hələ də Ukraynaya 61 milyard dollar ayırmağa razı olmadığına və bu məsələni 2024-cü il yanvarın ortalarına qədər təxirə sala biləcəyinə baxmayaraq, senatorlarla danışıqlardan sonra Zelenski onların dəstəyini hiss etdiyini bildirib.
“Biz bilirik ki, söz var, amma bir də nəticə var. Ona görə də nəticəyə ümid edəcəyik” , - Ukrayna lideri vurğulayıb.
Amma son vaxtlar istər Vaşinqton, istərsə də pnun müttəfiqləri nəticədən çox sözə üstünlük verirlər.
Sahil İsgəndərov
AzVision.az