"Gözəl qadınları sevirəm" - Çeçenistan rəhbəri

   "Gözəl qadınları sevirəm" -    Çeçenistan rəhbəri
  13 Dekabr 2023    Oxunub:1075
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında canlı yayım zamanı deyib ki, o, həyatı, gözəl qadınları sevir və gözəl geyinməyə çalışır.
"Sağlamdüşüncəli, dərin inanclı insanam. Mən bu həyatı sevirəm, gözəl qadınları sevirəm. Qəşəng geyinməyə çalışıram. Bu həyat bir çox insanlar kimi mənim də xoşuma gəlir”, - deyən Ramzan Kadırov pis heç nə etməməyə çalışdığını, lakin onun müqəddəs və mənəvi tərbiyəçi olmadığını qeyd edib.

Canlı yayım zamanı Ramzan Kadırov 2024-cü ilin sonunda məzuniyyətə çıxmağı planlaşdırdığını da açıqlayıb.

“Gələn ilin sonunda məzuniyyətə çıxmağı planlaşdırıram. Mən işə kənardan baxmaq istəyirəm. Nəyin lazım olduğunu, hansı layihələrin həll edilməli olduğunu, nəyin çatışmadığını anlamaq lazımdır".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti