İsrail Qəzzada daha iki girovun öldüyünü təsdiqləyib

   İsrail Qəzzada daha iki girovun öldüyünü təsdiqləyib
  14 Dekabr 2023    Oxunub:856
İsrail HƏMAS radikal qruplaşması tərəfindən əsir götürülən daha iki girovun öldüyünü təsdiqləyib.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Qəzetin məlumatına görə, Kibbutz sakini Nir Yitzhak Tal Haimi və Tanzaniyadan stajyer aqronom Joshua Luito Mollel Qəzza zolağında HƏMAS-ın girovluğunda olarkən öldürülüb.

Haimi 7 oktyabrda ordu əlavələri gələnə qədər terror hücumunun qarşısını almaq üçün göndərilən fövqəladə qüvvələrin bir hissəsində olub. Tanzaniyalı tələbə Mollel HƏMAS-ın 7 oktyabr hücumundan cəmi iki həftə əvvəl İsrailə gəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti