Yaponiya hökümətində korrupsiya: 4 nazir istefa verib

   Yaponiya hökümətində korrupsiya:    4 nazir istefa verib
  14 Dekabr 2023    Oxunub:789
Yaponiyada xeyriyyə tədbirlərində gəlirlərini az bəyan etməkdə şübhəli bilinən hakim Liberal Demokrat Partiyasının (LDP) nazirləri istefa veriblər.
AzVision.az xəbər verir ki, LDP-də "Abe Şinzo" qrupu kimi tanınan "Seiwa" fraksiyasının üzvlərinin "partiya ianə tədbirlərindən əldə edilən gəlirlərin az bildirilməsi" ilə bağlı iddialar Yaponiyanın gündəmindədir. Hadisədə adları halanananlar Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu, habelə iqtisadiyyat naziri Nişimura Yasutoşi, kənd təsərrüfatı naziri Miyaşita İçiro və daxili işlər naziri Suzuki Junjidur.

Ölkənin Baş naziri Kişida Fumio 4 nazirin istefasını qəbul edib. Eyni zamanda yüksək rütbəli nazir müavinlərinin də istefa verdiyi bildirilib.

Baş nazir Kişida iddiaları "olduqca uğursuz" adlandırıb və "xalqın siyasətə sarsılmış inamını bərpa etmədən" siyasi sabitliyin əldə edilə bilməyəcəyinə inandığını bildirib.

AzVision.az



Teqlər:





Xəbər lenti