Baydenə qarşı impiçment təhqiqatı davam etdiriləcək
Qətnamə rəsmi olaraq impiçment araşdırmasına başlayacaq. ABŞ qanunlarına görə, təhqiqatın özü təsdiq olunmadan da aparıla bilər. Ona görə də, təhqiqat bir neçə aydır ki, davam edir. Qətnamə üzrə səsvermənin keçirilməsi ideyasını Nümayəndələr Palatasının spikeri Mayk Conson irəli sürüb. Onun iddiasına görə, qətnamə impiçment prosesinə daha çox sanballılıq verəcək.
İstintaqın aparılması üçün əsaslar arasında prezident Co Baydenin Hunter Baydenin noutbukundan yazışmalar, prezidentin oğlunun biznesində iştirakı ilə bağlı şahid ifadələri, habelə dövlət başçısının ailəsinin şübhəli maliyyə əməliyyatları yer alıb.
Atasının onun biznesində iştirakı ilə bağlı respublikaçı konqresmenlərin suallarını cavablandırmaq üçün Hunter Bayden dekabrın 13-də Nümayəndələr Palatasının Nəzarət komitəsinə çağırılsa da, o, bu tələbə məhəl qoymayaraq məhkəməyə gəlməyib.
AzVision.az