Ekspert: “İranın beynəlxalq aləmlə əlaqəsinin olmaması Rusiyaya sərf edir”
“Qərblə münasibətlərimizi yaxşılaşdırdıqca, Rusiya ilə əlaqələrimizi də tənzimləməli idik, lakin bunu edə bilmədik. Beləliklə, Qərblə də münasibətlər bloklanıb və Rusiya bundan yararlanıb, səbəbi isə İranın özünəməxsus geosiyasətindən qaynaqlanır. Rusiyanı niyə bizimlə bu cür rəftar etdiyinə görə qınaya bilmərik. Rusların belə davranmasına şərait yaradan məhz bizik”, - ekspert yazıb.
Onun sözlərinə görə, bu kontekstdə Rusiya ən böyük faydanı Ukrayna ilə müharibədə götürür. Belə ki, Tehranı bu müharibəyə cəlb etməyə cəhdlər göstərən Moskva, məsuliyyətin İranın üstünə düşməsinə çalışır.
“Ümumiyyətlə, başqa ölkələrin bizə baxışına az diqqət yetiririk və məsələləri daha çox öz nöqteyi-nəzərimizdən araşdırırıq. Ukrayna məsələsinə gəlincə, hesab edirəm ki, ruslar hansısa yolla İranı bu müharibəyə cəlb etməyə çalışırdılar. Belə ki, müharibənin beynəlxalq məsuliyyəti və nəticələri İranın üzərinə düşsün. Görünür, hesablanmış siyasət baş tutub və xarici əlaqələrimizdə mübadilə olmadığından İranın Rusiya üçün oynadığı rol çox faydalı və diqqətəlayiq olub. İran çox vacib oyunçudur; amma xarici əlaqələrdə yaratdığımız vəziyyətdən ruslar çox faydalanır. Bu, müharibədə də belədir”, - İlahə Kulayi vurğulayıb.
Moskvanın Tehranı Ukraynadakı müharibəyə cəlb etməsi dedikdə ilk növbədə İranın Rusiyaya pilotsuz təyyarələr satması nəzərdə tutulur ki, bu da artıq heç kimə sirr deyil. Bu baxımdan, İranın bu və ya digər şəkildə Ukraynadakı müharibədə iştirakı artıq mövcuddur. O cümlədən, Ukraynaya hərtərəfli yardım göstərən kollektiv Qərbin də.
Sahil İsgəndərov
AzVision.az